İqlim fəalları COP29-da aksiya keçiriblər

C4676341 605a 37ca 8717 Ad64e54b13ad 850.jpeg

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ekofəalların növbəti aksiyası baş tutub.

“Report” xəbər verir ki, etirazçıların əsas tələbi iqlimlə bağlı maliyyənin trilyonlarla dollara çatdırılmasıdır.

Ekofəallar bildiriblər ki, investisiyaların hazırkı səviyyəsi temperaturun 1,5°C ilə məhdudlaşdırılması və karbon-neytral iqtisadiyyata keçid kimi qlobal iqlim məqsədlərinə çatmaq üçün kifayət deyil.

Onlar, həmçinin iqlim maliyyələşməsinin ədalətli bölüşdürülməsinin vacibliyini vurğulayıblar.

“Pay up for climate finance”, “We need trillions not billions” şüarları ilə fəallar hökumətləri və özəl sektoru daha qətiyyətli addımlar atmağa çağırıb və ləngimənin geri dönülməz nəticələrə səbəb ola biləcəyini qeyd ediblər.