Kənd təsərrüfatının bu sahəsinə 4 milyondan çox ödəniş edilib

01k88gcf8s19awgzjr5xt4v8qm main

Cari ilin yanvar-avqust aylarında kənd təsərrüfatı bitkilərinin məhsullarının sığortalanması üzrə ödənişlər 4 milyon 603 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sığorta növü üzrə ödənişlər 1 milyon 898 min manat və ya 70,16 artıb.
Belə ki, ötən ilin eyni dövründə kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə ödənişlər 2 milyon 705 min manat təşkil etmişdi.

Eyni zamanda sözügedən sığorta növü üzrə yığımlarda da 1 milyon 472 min manat və ya 13,78% artım müşahidə olunub.

Ötən ilin müvafiq dövründə 10 milyon 681 min manatlıq yığım həyata keçirilib ki, cari ilin ilk 9 ayında bu göstərici 12 milyon 153 min manat olub.