“KOB bazar” satış yarmarkası fəaliyyətə başladı

481705290 1080667584099846 8458625786802705886 n.jpg

Bugündən Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində) “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Bu məqsədlə bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satması üçün şərait yaradılıb.

Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, həmçinin istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcəkdir. “Gəl, istehsalçıdan al” şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir.

Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcəkdir.