“Lider Məktəb Gələcəyin Təhsil Rəhbərləri üçün İnkişaf Akademiyası” layihəsinin seçilmiş iştirakçıları ilə görüş keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində seçilmiş iştirakçılarla növbəti onlayn görüş baş tutub.
Görüş zamanı layihənin təlim modulları, inkişaf mərhələləri və iştirakçıların qarşıdakı fəaliyyət planları barədə ətraflı məlumat verilib. Eyni zamanda təhsil liderliyi, komanda idarəçiliyi, korporativ mədəniyyət və müasir idarəetmə yanaşmaları istiqamətində təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.
Layihənin əsas məqsədi gələcəyin təhsil rəhbərlərinin peşəkar və liderlik bacarıqlarının inkişafına töhfə vermək, təhsil idarəçiliyində innovativ düşüncəyə malik kadr potensialının formalaşdırılmasını dəstəkləməkdir.
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində icra olunur.





