“Leobank” tətbiqindəki texniki problemlə bağlı açıqlama

1741262428 1740836996 1736322825 internet bank leobank second.png

Bir neçə gün öncə Leobank mobil tətbiqində texniki problemlər müşahidə olunurdu.

Valyuta.az müştəri şikayəti əsasında bununla bağlı xəbər hazırlamışdı.

Bankdan Valyuta.az-a bildirilib ki, 28 fevral 2025-ci il tarixində Leobank mobil tətbiqində yaranmış texniki çətinliklə bağlı operativ işlər aparılıb. Sözügedən çətinlik gün ərzində müştərilərin tətbiqə daxil olmasına və bəzi əməliyyatları icra etməsinə təsir edib.

Leobank kartları həmin gün aktiv olub və müştərilər fiziki kart, Google Pay və Apple Pay vasitəsilə vəsaitlərindən istifadə edə biliblər. Hər hansı bir pul itkisi qeydə alınmayıb. Bu səbəbdən kompensasiya məsələsi gündəmdə deyil.