Litva dövlət başçısı Azərbaycanın işgüzar dairələrini əməkdaşlığa çağırıb

Aa6b7ad9165289441713885140610805419.jpg

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycanın işgüzar dairələrini ölkəsinin ekosistemindən Avropa İttifaqı bazarına giriş nöqtə kimi istifadə etməyə çağırıb.

Bunu Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, hər iki ölkə üçün biznes əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir.

“Litvadan gəlmiş və fərqli sektorları təmsil edən işgüzar kişi və qadınlardan ibarət müxtəlif tərkibli heyətləri bu gün görməkdən çox məmnunam”, – Litva lideri vurğulayıb.