“M10” şərtləri pisləşdirdi – Martdan komissiyalar artırılır

M10.png

“M10” pul kisəsi mart ayından etibarən bəzi əməliyyatlar üzrə tarifləri artıracaq.

Valyuta.az bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, gələn aydan etibarən digər m10 hesabına 5 min manatdan yuxarı köçürmələrə və m10 hesabından karta köçürmələrə 0,5% komissiya tətbiq ediləcək.

Bankomatlardan QR nağdlaşdırmaya 1% komissiya tutulacaq.

Minimal komissiya məbləği isə 1 manat müəyyən edilib.

Qeyd edilib ki, beynəlxalq köçürmələr üzrə komissiya isə valyutanın həmin günə olan məzənnəsindən asılı olacaq.

Qeyd edək ki, bundan əvvəl pul kisəsi 20 min manata kimi köçürmələrə komissiya haqqı tətbiq etmirdi.

Xatırladaq ki, “m10” elektron pul kisəsi “PashaPay” MMC-yə aiddir və 2022-ci ilin yayından istifadəyə verib. “PashaPay” isə 2005-ci ildə yaradılıb və hazırda nizamnamə kapitalı 40 milyon manatdır. Şirkət ötən ildə elektron pul təşkilatı kimi Mərkəzi Bankdan lisenziya əldə edib.