“Maliyyə Savadlılığı Dərnəyi: Büdcəni düzgün idarə et” qrant layihəsi çərçivəsində bağlanış mərasimi uğurla baş tutub.
Layihənin əsas məqsədi Neftçi Qurban adına 288 saylı tam orta məktəbin 5–6–7-ci siniflərində təhsil alan 20 şagirdin maliyyə savadlılığını artırmaq, onlara büdcə planlaşdırması, qənaət, investisiya, pulun real zaman dəyəri və maliyyə risklərinin idarə olunması kimi vacib bilik və bacarıqları aşılamaq idi.
Bağlanış mərasimində məktəbin direktoru Aygün Hüseynova, həmçinin Hayat Boyu Academynin təsisçisi Aysel Məmmədova çıxış edərək layihənin əhəmiyyətindən bəhs ediblər.
Qeyd edək ki, layihə Budaqova Məlahət Elman qızı tərəfindən Neftçi Qurban adına 288 nömrəli tam ümumtəhsil məktəbində icra olundu.













