“Maliyyə Savadlılığı Dərnəyi: Büdcəni düzgün idarə et” qrant layihəsi icra edilir

3662f1d6 6a49 4ce3 8bb6 405dd8a4a48c 69d37241c08a7

“Maliyyə Savadlılığı Dərnəyi: Büdcəni düzgün idarə et” qrant layihəsi çərçivəsində açılış mərasimi uğurla baş tutub.

Layihənin əsas məqsədi Nefti Qurban adına 288 saylı tam orta məktəbin 5–6–7-ci siniflərində təhsil alan 20 şagirdin maliyyə savadlılığını artırmaq, onlara büdcə planlaşdırması, qənaət, investisiya, pulun real zaman dəyəri və maliyyə risklərinin idarə olunması kimi vacib bilik və bacarıqları aşılamaqdır.

Açılış mərasimində məktəbin direktoru Aygün Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının dosenti, fəlsəfə elmləri doktoru Nəzakət Musayeva, həmçinin layihənin təlimçisi Hayat Boyu Academynin təsisçisi Aysel Məmmədova çıxış edərək layihənin əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, layihə Budaqova Məlahət Elman qızı tərəfindən Neftçi Qurban adına 288 saylı tam orta məktəbdə icra olunur.