Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva Bakıda səfərdə olan Türkiyə Toxumçular Birliyinin İdarə Heyətinin sədri Hacı Ömer Güler ilə görüşüb.
Görüşdə iki ölkənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı və toxumçuluq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
M.Əliyeva bildirib ki, Azərbaycanın regionlarında toxumçuluğun elmi əsaslarla inkişafı, fermerlərin yüksəkkeyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq əsas proritet məsələlərdən biridir. Buna görə də son illərdə respublikamızda toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsinə dövlət səviyyəsində xüsusi diqqət göstərilir.
Görüşdə Azərbaycan və Türkiyə arasında toxumçuluq sahədə əməkdaşlıq üçün perspektiv istiqamətlər müəyyən edilib
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.





