Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Ce6c9230165900427139067521110953023.jpg

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Avtor.az AMB-yə istinadən xəbər verir ki, iyulun 29-da Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını və bununla bağlı geniş açıqlama yayacaq.

Qeyd edək ki, sonuncu dəfə AMB iyunun 17-də faiz qərarını açıqlayıb və uçot dərəcəsini dəyişməyərək 7.75% olaraq saxlayıb. Faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib.