Modriç ÇL oyununu buraxacaq

F26dab9b166660844566327826310318188.jpg

“Real”ın futbolçusu Luka Modriç komandasının növbəti matçını buraxacaq.

37 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Leyptsiq”ə qarşı oynamayacaq.

Madrid klubu xorvatiyalının bu matçın iştirak ərizəsinə daxil edildiyini, lakin sonradan son anda adının siyahıdan çıxarıldığını bildirib. Lakin bu qərarın səbəbləri barədə məlumat verilməyib.

Həmçinin, Kərim Benzema və Federiko Valverde zədə səbəbiylə qarşıdakı görüşü buraxacaqlar.

Qeyd edək ki, sabah keçiriləcək “Leyptsiq”- “Real” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.