Müşavir sədr müavini oldu

8a915cbbb5c9895fa0a5264c686ee6c8 untitled 1 6a0c6e5f6a7e4

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Məcnun Məmmədovun müvafiq əmri ilə sözügedən qurumun sədr müavini vəzifəsinə Məhərrəm Kazımov gətirilib.

Məhərrəm Kazımov bundan əvvəl Dövlət Toxum Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə çalışıb.

Qeyd edək ki, bir neçə ay əvvəl Dövlət Toxum Fondunun İdarə Heyətinin sədr müavini Etibar Əmrahov vəzifəsindən azad olunaraq, sədr təyin edilib.