Nazirlik “McLaren”lə müqaviləni ləğv etdi

Y4zfp5fxmwwq2r2r0qpuowqodeh2eof9cw8oaemi 1200.webp

Böyük Britaniyanın Müdafiə Nazirliyi avtoyarış şirkəti “McLaren” ilə 5 milyon funt sterlinq (6.2 milyon dollar) dəyərində müqaviləni ləğv edib.

Oxu.Az xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Qəzetin məlumatına görə, müqavilə çərçivəsində nazirliyin emblemi “McLaren-in Extreme E” yolsuzluq elektromobillərinin suçiləyicilərini bəzəyir, nazirliyin əməkdaşları yarışlara pulsuz biletlər alırdı.

Müqavilə, həmçinin “McLaren” şirkətinin hərbçilərə döyüş meydanı üçün elektrik avtomobilləri hazırlamaqda yardımını nəzərdə tuturdu.

Deyilənlərə görə, yeni müdafiə naziri Con Heyli nazirliyin vəsaitlərinin “Woke Formula” adlandırılan yarışlara xərcləndiyini görəndə “nitqi quruyub”.

Yarışlar 2021-ci ildə başladılsa da, planlaşdırılan on yarışdan dördü baş tutandan sonra ləğv edilib.