Neft bahalaşıb

728f206c165976536686279448610312747.jpg

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2022-ci ilin dekabr müqaviləsinin dəyəri 0,43% artaraq, 1 barelə 92,78 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,45% artaraq, 84,9 dollara yüksəlib.