Neftçalada Balıq Festivalı keçiriləcək

588676493 1386022596871141 2186875663185463525 n scaled

4 dekabr saat 11:00-da Neftçala şəhərinin Park-Bulvar Kompleksində Balıq Festivalı keçiriləcək.

Festival Neftçala Rayon İcra Hakimiyyəti,Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Balıqçılıq və Akvakultura mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Festivalda balıqçılıq irsini canlandıran təqdimatlar və unikal sərgilər, rəngarəng əl işləri, interaktiv foto-zonalar və yaradıcılıq guşələri, həyəcanlı müsabiqələr və ailəvi əyləncələr, su idman yarışları, Kür çayında gəzinti, canlı musiqi, rəngli performanslar və enerji dolu konsert proqramı, dünyanın müxtəlif mətbəxlərindən ləzzətlər və xüsusi kulinariya təqdimatları, kənd təsərrüfatı və balıqçılıq məhsullarının sərgi-satış yarmarkası təşkil olunacaqdır.

Festivala giriş sərbəstdir.