Neftimiz yenə ucuzlaşdı

1681796902 14771200611788539609 1000x669.jpg

Dünya bazarında Azərbaycan nefti ucuzlaşmağa davam edir.

“Azeri Light” (CIF) markalı neftin 1 barelə olan qiyməti 1,5 ABŞ dolları və ya 1,67 % ucuzlaşıb. Neftin ən son qiyməti 88,59 dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.