Nərimanov və Nizami rayonlarına yeni icra başçıları təyin olundu

1608705089603 8xdz9ohb 1.jpg

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə başçısı təyin olunub.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Elgin Şirin oğlu Həbibullayev Nərimanov rayonuna icra başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.