Növbəti ağacəkmə aksiyaları keçirilib

6f39dd14fefd2aef7db28559affcbcb9.jpg

Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşmış gömrük idarələri tərəfindən ağacəkmə aksiyaları keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyalarda Tibbi Xidmət İdarəsinin əməkdaşları Astara şəhərinin dənizkənarı park ərazisində, Balakən Gömrük İdarəsinin əməkdaşları Balakən şəhərindəki Heydər Əliyev parkında, Gəncə Gömrük İdarəsinin əməkdaşları Gəncə şəhəri ərazisində, “Şirvan” gömrük postunun əməkdaşları isə postun ərazisində müxtəlif növ dekorativ ağaclar əkiblər.