Ordubadda şəhid Emin Babayevin xatirəsi yad edildi – FOTOLAR

744489375 122303238446128740 2745413540117404272 n 6a55e0fe5004a

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalan Babayev Emin Əli oğlunun xatirəsi yad edilib. Başkənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidimizin həyat və döyüş yolundan bəhs ediblər. Vətənimizin müdafiəsi uğrunda canlarından keçən bütün şəhidlərimizin hər zaman ehtiramla yad olunduğu vurğulanıb, həmçinin, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırığı əsasında bütün bölgələrdə şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyi qeyd olunub.

Tədbirin sonununda din xadimləri tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.