Pezeşkiandan region ölkələrinə XƏBƏRDARLIQ

Scraped 1774701844 cd252cb6

İran Prezidenti Məsud Pezeşkian region ölkələrinə sərt xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

“Biz dəfələrlə demişik ki, İran qabaqlayıcı hücumlar həyata keçirmir. Ancaq infrastrukturumuza və ya iqtisadi mərkəzlərimizə zərbə endirilərsə, çox sərt cavab verəcəyik. Region ölkələrinə müraciət edirik – əgər inkişaf və təhlükəsizlik istəyirsinizsə, düşmənlərimizin sizin ərazilərinizdən müharibə aparmasına imkan verməyin”, – deyə Pezeşkian qeyd edib.

Pezeşkiandan region ölkələrinə XƏBƏRDARLIQ - Şəkil 1