Qiymətlər artmayacaq – Nazir söz verdi

1680870364 434218952 0 0 2961 1665 1920x0 80 0 0 09671be451ae883ba06e98db32b99a3d.jpg

“Milli Məclisdə deputatlar tərəfindən “Elektroenergetika haqqında” qanunun müzakirəsi zamanı narazılıqlar olub. Qeyd edim ki, qanunun qəbulu qiymətlərin artması demək deyil”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında iştirak edən energetika naziri Pərviz Şahbazov bildirib.

“Bu qanunun qəbulu ilə tariflər tənzimlənəcək. Eyni zamanda qiymətlərin artması hələ nəzərdə tutulmur. Qanun bazarda rəqabət mühitinin yaranması üçündür”, – deyə nazir vurğulayıb.