“Rəqəmsal elmin izində: Biologiyaya rəqəmsal baxış” layihəsi icra edilir

0ffbb02a 2cf1 4401 9b9e 269bf6b5c4fc 69ce423213657

“Rəqəmsal elmin izində: Biologiyaya rəqəmsal baxış” layihəsi çərçivəsində açılış mərasimi baş tutub.

Layihə çərçivəsində Khan Academy platformasındakı tərcümə olunmuş biologiya materialları təhlil edilərək IX sinif proqramına uyğun modullar seçiləcək və bu modullar əsasında strukturlaşdırılmış təlim proqramı hazırlanacaq. 20 şagird üçün həftədə iki dəfə 2 saatlıq interaktiv sessiyalar təşkil olunacaq və 3 ay ərzində ümumilikdə 48 saatlıq təlim aparılacaq. Dərslər vizual təqdimatlar, videolar və qrup işi ilə dəstəklənəcək. Şagirdlərin iştirak səviyyəsi formatif üsullarla izlənəcək, yekunda isə nəticələr ilkin diaqnostika ilə müqayisə ediləcək. Hazırlanan bütün materiallar sistemləşdirilərək məktəbin biologiya müəllimlərinə təqdim olunacaq.

Xatırladaq ki, “Rəqəmsal elmin izində: Biologiyaya rəqəmsal baxış” qrant layihəsi Eminova Şəhla tərəfindən Zərdab şəhər H. Zərdabi adına 1 nömrəli məktəb-liseyində həyata keçirilir.

Layihənin məqsədi Khan Academy platformasında təqdim olunan tərcümə olunmuş rəqəmsal biologiya materiallarının tətbiqi vasitəsilə IX sinif şagirdlərinin rəqəmsal resurslardan istifadə bacarıqlarını inkişaf etdirmək, fənn üzrə anlayışlarını dərinləşdirmək və məntiqi təhlil qabiliyyətlərini artırmaqdır.