“Rəqəmsal elmin izində: Biologiyaya rəqəmsal baxış” layihəsinin bağlanış mərasimi – FOTOLAR

E844bbba 9c73 4976 80ea 638c3b021d8c 6a0ab8e8ad1e8

“Rəqəmsal elmin izində: Biologiyaya rəqəmsal baxış” qrant layihəsinin bağlanış mərasimi keçirildi

Layihə çərçivəsində Khan Academy platformasında təqdim olunan tərcümə edilmiş biologiya materialları təhlil edilərək IX sinif tədris proqramına uyğun modullar seçilib. Həmin modullar əsasında 20 şagird üçün strukturlaşdırılmış təlim proqramı hazırlanıb.

Xatırladaq ki, “Rəqəmsal elmin izində: Biologiyaya rəqəmsal baxış” qrant layihəsi Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsinin qalibidir. Layihə Şəhla Eminova tərəfindən Zərdab şəhər H. Zərdabi adına 1 nömrəli məktəb-liseyində həyata keçirilir. Layihənin əsas məqsədi Khan Academy platformasında yer alan tərcümə edilmiş rəqəmsal biologiya materiallarının tətbiqi vasitəsilə IX sinif şagirdlərinin rəqəmsal resurslardan istifadə bacarıqlarını inkişaf etdirmək, biologiya fənni üzrə anlayışlarını dərinləşdirmək və məntiqi təhlil qabiliyyətlərini artırmaqdır.