“Riyaziyyat İnteraktiv Öyrənmə” layihəsi yekunlaşdı

Cfa57ea2 ea1c 4fd1 8f62 1b8fed489c5c 69e5c6c03b4dc

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Riyaziyyat İnteraktiv Öyrənmə” layihəsi yekunlaşıb.

Layihənin məqsədi 5-7-ci sinif şagirdlərinin riyaziyyat fənninə marağını artırmaq, anlayışlarını dərinləşdirmək və təlim göstəricilərini yaxşılaşdırmaq üçün PhET platformasındakı azərbaycan dilinə tərcümə edilmiş interaktiv simulyasiyalardan mütəmadi və strukturlaşdırılmış şəkildə istifadə olunmasını təmin etməkdir.

Layihə çərçivəsində 20 nəfər şagird üçün Phet platforması üzərindən 16 həftə boyunca həftədə 2 dəfə hər həftə 1.5 saat olmaqla ümumilikdə 48 saatlıq praktiki məşğələlər keçirilib. Təlimlərə başlamazdan əvvəl isə şagirdlərin mövcud bilik səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə test imtahanı keçirilib və əldə olunan nəticələrə əsasən müvafiq təlim proqramı hazırlanıb.

Təlimlər yekunlaşdıqdan sonra nəticələrin ölçüləbilən olması məqsədilə yenidən test imtahanı keçirilib və şagirdlərin layihədən əldə etdikləri biliklər müqayisə olunub.

Xatırladaq ki, layihə Bakı şəhər 279 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Anar Əhədli tərəfindən icra olunub.