“Rosh life” saxlanıldı

474888618 1092464632625889 7123475972304590874 N.jpg

“Rosh life” adı ilə tanınan tiktoker Rövşən Əhmədov saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

O, ərazi üzrə məhkəməyə aparılıb və barəsində qətimkan tədbiri seçiləcək.