S7 Bakıya aviareyslərini ləvğ edib

17257e8116463850549271585941044438.jpg

Rusiyanın S7 aviaşirkəti ölkənin müxtləlif şəhərlərindən Bakıya yeddi reys üzrə uçuşları ləvğ edib.

Mineralnıye Vodı-Bakı-Mineralnıye Vodı (S7 6641 / S7 6642), Novosibirsk-Bakı-Novosibirsk, (S7 5571 / S7 5572), Samara-Bakı-Samara, (S7 6463 / S7 6464), Həştərxan-Bakı-Həştərxan, (S7 6465 / S7 6466), Volqoqrad-Bakı-Volqoqrad, (S7 6467 / S7 6468), Krasnodar-Bakı-Krasnodar, (S7 6459 / S7 6460), Mahaçqala-Bakı-Mahaçqala, (S7 6587 / S7 6588) reysləri ləğv olunub.

Qeyd edək ki, bundan əlavə, S7 Avstriya, Ermənistan, Bolqarıstan, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Qazaxıstan, Kipr, Qırğızıstan, Moldova, Tacikistan, Fransa, Misir, Tayland, Cənubi Koreya, Türkiyə, BƏƏ, Özbəkistana 100 beynəlxalq reysi ləvğ edib. Ən çox reys Tacikistana və Özbəkistan istiqamətində ləvğ olunub.