“Şagirdlərdə komanda ruhunun formalaşdırılması” layihəsi – FOTOLAR

Ca468e76 e875 4d8d a943 1c613e105421 6a351d0cd902c

“Şagirdlərdə komanda ruhunun formalaşdırılması” qrant layihəsi çərçivəsində şagirdlər üçün düşərgə təşkil olunub.

Layihə çərçivəsində şagirdlərdə komanda daxilində ünsiyyət, əməkdaşlıq, məsuliyyət bölgüsü və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə xüsusi təlim proqramının icrası nəzərdə tutulur. Bu məqsədlə 25 şagirdin iştirakı ilə “Etimadın Qurulması və Komanda Ruhu”, “Komanda Quruculuğu və Liderin Rolu” və “Gələcəyin Liderləri: Komandada İnkişaf” mövzularında düşərgə təşkil edilib.

Təlimlər zamanı şagirdlər komanda işi ilə bağlı nəzəri biliklər əldə etməklə yanaşı, müxtəlif praktiki fəaliyyətlər vasitəsilə əməkdaşlıq, qarşılıqlı anlayış, liderlik və problem həll etmə bacarıqlarını inkişaf etdiriblər.

Xatırladırıq ki, “Şagirdlərdə komanda ruhunun formalaşdırılması” qrant layihəsi Yəhyayeva Təranə tərəfindən Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 1 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilir. Layihənin əsas məqsədi məktəblilər arasında əməkdaşlıq, ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirmək, təlim sessiyaları və məktəbdaxili klub fəaliyyəti vasitəsilə dayanıqlı əməkdaşlıq mühitinin formalaşdırılmasına töhfə verməkdir.