“Məktəbdə badminton hərəkatı” qrant layihəsi çərçivəsində layihəsi çərçivəsində təlimlər plan üzrə davam etdirilir.
Layihənin əsas məqsədi şagirdlərin fiziki aktivliyini artırmaq, idmana marağını gücləndirmək, eləcə də onların idman bacarıqlarının inkişafına dəstək olmaqdır.
Layihə çərçivəsində 6–10-cu siniflər arasından seçilmiş 40 nəfər şagird üçün 12 həftəlik təlim proqramı həyata keçiriləcək.
Təlimlər həftədə iki dəfə, hər biri 2 saat olmaqla ümumilikdə 48 saat təşkil edəcək. Məşğələlər mərhələli şəkildə aparılacaq: ilkin mərhələdə badmintonun əsas qaydaları və texniki elementləri öyrədiləcək, növbəti mərhələlərdə isə komanda işi, taktika və oyun strategiyalarının inkişafına xüsusi diqqət yetiriləcək. Təlimlər məktəbin idman zalında və ya açıq idman meydançasında keçiriləcək, zəruri idman avadanlıqları ilə təmin olunacaq. Şagirdlərin inkişafı təlim müddətində müşahidə və qiymətləndirmə vasitəsilə izləniləcək, layihənin sonunda isə fərdi rəy və tövsiyələr təqdim ediləcək. Layihənin yekununda məktəbdaxili badminton turniri təşkil olunacaq, qaliblər diplom və hədiyyələrlə təltif ediləcək.
Qeyd edək ki, “Məktəbdə badminton hərəkatı” qrant layihəsi Babayev Nurəddin tərəfindən Şirvan şəhər T. Bağırov adına 11 nömrəli tam orta məktəbdə icra olunur.











