Şagirdlərin maliyyə savadlılığı artırılır

516512 69e6046e0dea4

“Maliyyə savadlılığı dərnəyi: Büdcəni düzgün idarə et” qrant layihəsi çərçivəsində təlimlərə start verilib.

Layihə çərçivəsində Nefti Qurban adına 288 saylı tam orta məktəbin 5–6–7-ci siniflərində təhsil alan 20 şagird üçün maliyyə savadlılığı istiqamətində xüsusi təlim proqramının icrası nəzərdə tutulur.

Təlimlər zamanı şagirdlər büdcə planlaşdırması, qənaət vərdişlərinin formalaşdırılması, investisiya anlayışı, pulun zaman dəyəri və maliyyə risklərinin idarə olunması mövzularında həm nəzəri, həm də praktik biliklər əldə edirlər. Dərnək məşğələləri interaktiv üsullar, real həyat nümunələri və praktik tapşırıqlar əsasında təşkil olunur, ailə büdcəsinin qurulması və gəlir–xərc balansının hesablanması üzrə tətbiqlər həyata keçirilir.

Xatırladırıq ki, “Maliyyə savadlılığı dərnəyi: Büdcəni düzgün idarə et” qrant layihəsi Budaqova Məlahət Elman qızı tərəfindən Neftçi Qurban adına 288 saylı tam orta məktəbdə icra olunur. Layihənin əsas məqsədi şagirdlərin erkən yaşdan maliyyə məsuliyyəti və düzgün qərarvermə bacarıqlarını formalaşdırmaq, onların gələcək sosial-iqtisadi həyata daha hazırlıqlı fərdlər kimi yetişməsinə töhfə verməkdir.