Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

488274269 1449473946347455 992799285749467297 n.jpg

Milli Məclisin (MM) sədri Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək.

Bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, sabah spikerin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın Roma şəhərinə səfər edəcək.

S.Qafarova aprelin 26-da Santa Mariya Maccore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.