Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrinə başsağlığı verib

17463396914579153150 1200x630.jpeg

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına, TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatları adından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.