Sahibkarlara verilən güzəştli kreditlərin həcmi 2,8 mlrd. manata çatıb

1a725948164344644262751675610685899.jpg

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bugünədək 42 minədək sahibkara 2,8 milyard manat güzəştli kredit verilib.

Bu barədə Fonddan bildirilib.

Qeyd edilib ki, bu kreditlər sahibkarlıq subyektlərinin güzəştli maliyyə resurslarına çıxışını təmin etməklə ölkədə qeyri-neft sektorunun inkişafına, innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü investisiya layihələrinin maliyyələşdirilməsinə və yeni iş yerlərinin açılmasına töhfə verib.

“Fond gələcəkdə müxtəlif maliyyə dəstəyi mexanizmləri vasitəsilə sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək”- SİF-dən əlavə edilib.