Şahin Bağırov general-polkovnik oldu – Sərəncam

17362509451728998214646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:

“Gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi

Şahin Soltan oğlu Bağırov – Dövlət Gömrük Komitəsinin sədri

“Gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi

Fuad Elxan oğlu Məmmədov – Dövlət Gömrük Komitəsi sədrinin müavini

Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi

Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi.