Şahin Bağırov polkovniki işdən azad etdi

Collage 20251003 192628

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini, polkovnik Fuad İsmayıl oğlu Qasımov vəzifəsindən azad edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Fuad Qasımov təqaüdə göndərilib.

Qeyd edək ki, o bu vəzifəyə 2024-cü ilin dekabrında təyin edilmişdi.