Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

401b3cfc 85c5 3455 b046 3061f12cb758 850.jpg

Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.