Serbiya prezidenti: “Məni öldürməli olacaqlar, başqa cür alınmayacaq”

25r7oj5pzvd729ak79gim89mlgqqewtwjerfrltn 1200 1.webp

“Serbiyada etiraz edən tələbələr və müxalifət tərəfdarları ölkə rəhbərliyini keçid hökumətinin yaradılmasına razılıq verməyə məcbur etmək üçün martın 15-də bir sıra dövlət strukturunu ələ keçirməyə cəhd edəcəklər”.

Oxu.Az-ın “Tanyuq” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Dövlət strukturlarının ələ keçirilməsindən sonra əsas tələb, onların planlaşdırdıqları kimi, hansısa keçid hökumətinin yaradılması olacaq. Onlar prezidenti devirə bilməzlər, çünki bilirlər ki, bu, ordu ilə qarşıdurmaya səbəb olacaq. Nə qədər ki, sağam heç bir keçid hökuməti ilə razılaşmayacağam, məni öldürməli olacaqlar, başqa cür alınmayacaq”, – deyə o vurğulayıb.