Səyyar ASAN xidmət davam edir

Whatsapp Image 2025 01 31 At 10.43.13.jpeg

Səyyar ASAN xidmət 3-26 fevral tarixində Qusarda, Şirvanda, Samuxda, Xaçmazda, Biləsuvarda, Yevlaxda, Göyçayda, Zaqatalada və Xırdalanda vətəndaşlara xidmət göstərəcək.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.

Məntəqələr ilə tanış olmaq üçün: http://bit.ly/4gjubfJ