Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana səfərə gəlib

57dea724 d2fb 3f58 9cb4 0ba7b3c62cdd 850.jpeg

Şimali Makedoniya Respublikasının Parlament Assambleyasının sədri Afrim Qaşi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək məqsədilə iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Milli Məclisin deputatı Fazil Mustafa və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, iyunun 17-dən 19-dək Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçiriləcək.