Son 5 ildə özəl sektorda əmək müqavilələrinin sayı 80 faizə yaxın artıb

1722842826 Emek4.jpg

Son 5 ildə qeyri-neft sektorunun özəl bölməsində daimi əmək müqavilələrinin sayı 79% artıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.

“Son 5 ildə qeyri-neft sektorunun özəl bölməsində daimi əmək müqavilələrinin sayı 79% artıb. Bu, 426 min yeni əmək müqaviləsi deməkdir. Əmək bazarında keyfiyyət dəyişikliyi iqtisadi artım, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiya təşviqi çərçivəsində həyata keçirilən layihələr və təşviq əsaslı vergi siyasətinin nəticəsidir” – deyə Mikayıl Cabbarov paylaşımda qeyd edib.