Ştaynmayer Bakı və İrəvanı sülh sazişini tezliklə imzalamağa çağırıb

41e0f2d2 421e 3e72 b8a0 3940f7eb7035 850.jpg

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan və Ermənistanı sülh sazişinin mətninin razılaşdırılması ilə bağlı təbrik edib.

“Report”un əməkdaşının məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən Almaniya Prezidenti bildirib.

Almaniya Prezidenti rəsmi Bakı və İrəvanı fürsəti əldən verməməyə, eləcə də razılaşmanı mümkün qədər tez imzalamağa çağırıb.