Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu auditor seçir

Audit.jpg

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Kotirovkada iştirak haqqı 16 manatdır.

İddiaçılar təkliflərini aprelin 4-ü, saat 12:00-a qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 324 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 4-də, saat 12:01-da qeyd olunan ünvanda baxılacaq.