Sumqayıtda istehsal olunan məhsullar ABŞ-a SATILIR

1676982465 167698234049742817 1200x630.jpg

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin ixrac coğrafiyası genişlənir.

Agentlikdən verilən məlumata görə, şirkət tərəfindən ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına (Miçiqan ştatına) aqrotexnikalar üçün ehtiyyat hissənin (yedək parça) ixracı həyata keçirilib. Bu ölkəyə ilkin mərhələdə 36,3 ton məhsul göndərilib.

Qeyd edək ki, “Azertexnolayn” MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində müxtəlif diametrli polad boruların, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur.

Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 20-dən çox ölkəsinə ixrac edilir.