Sumqayıtda tikinti kimyəvilərinin istehsalı zavodu inşa ediləcək

366f0bc7165702008178206467010626720.jpg

Sumqayıt Kimya Sənaye Parkının 3 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, investisiya dəyəri 17 mln. manat olan müəssisədə 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.