Superliqa: “Fənərbağça” səfərdə üç xala sevinib

83e68eac 8ce2 30d0 B141 F8a738de5ba5 850.jpg

Türkiyə Superliqasında 32-ci turun növbəti oyunları keçirilib.

Çempionluq mübarizəsi aparan “Fənərbağça” səfərdə “Fatih Karagümrük”ün qonağı olub. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında “Başakşəhər” “Pendikspor”a 3:2, “İstanbulspor” “Hatayspor”a 3:0 və “Rizəspor” “Antalyaspor”a 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu nəticədən sonra “Fənərbağça” 85 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir oyun az keçirən “Qalatasaray” 84 xalla ikinci, 52 xallı “Trabzonspor” isə üçüncü pillədə qərarlaşıb.