Tanınmış meyxanaçı Xəyyam Əhmədli VƏFAT ETDİ

A42x58hu7fz7cdfrr3lnlwlzbsjr5aeuohmrmjcz 1200.webp

Uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.

BAKU NEWS Qafqazinfo-ya istinadən xəbər verir ki, o, evində dünyasını dəyişib.

Məlumatı onun sənət yoldaşları təsdiq ediblər.

Qeyd edək ki, tanınmış meyxanaçı 1980-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı. Xəyyam Əhmədli Azərbaycan Ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi “Hələ oğlun salamatdır” adlı meyxanası ilə məşhurlaşmışdı.