TƏBİB-in keçmiş rəhbəri sədr seçildi

Nocomment 9f4c3683f7623f0da756adbccc56ec2c n5jzq7l1i86ksbxo0pwt 1024x538

Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibi formalaşıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı sözügedən İctimai Birliyin sədri seçilib.

Qeyd edək ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyinat almışdı. 2021-ci il sentyabrında isə istefa verərək işdən ayrılıb. (Unikal)