“Temu”dan sifariş edənlərin DİQQƏTİNƏ- Platformada təhlükəli mallar satılır

Temu 6afc58119d6a6

Avropa Komissiyası Çinin “Temu” onlayn ticarət platformasını qeyri-qanuni və təhlükəsizlik standartlarına cavab verməyən məhsulların satışının qarşısını almamaqda günahlandırıb.

İlkin rəyə əsasən, platformada məhsul yoxlanışı, məzmun tənzimlənməsi və qaydanı pozan satıcılara qarşı sanksiyalar olduqca zəif təşkil edilib. Təhlükəli malların satışını dayandırmaq üçün yetərli tədbir görməyən şirkət qlobal illik gəlirinin 6%-i miqdarında cərimə təhlükəsi ilə üzləşib.

“Temu” rəhbərliyi irəli sürülən iddiaları rədd edərək, təhlükəsizlik infrastrukturuna böyük sərmayələr yatırdıqlarını açıqlayıb. Buna baxmayaraq, şirkət Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirəcəyini və məsələnin sülh yolu ilə həllinə inandığını bəyan edib.