“Texnologiya və Təhsil Dünyasında Dil” qrant layihəsinin bağlanış tədbiri keçirildi

7307f8ac 1d49 451d a858 10757c6ab14d 6a4c9cb2ac7bc

“Texnologiya və Təhsil Dünyasında Dil” qrant layihəsinin bağlanış tədbiri uğurla baş tutub.

Layihənin əsas məqsədi şagirdlərə Çin dilinin əsas səviyyələri üzrə bilik və bacarıqların aşılanması, onların beynəlxalq ünsiyyət imkanlarının genişləndirilməsi, müasir texnologiya və qlobal dünyaya uyğun dil bacarıqlarının formalaşdırılması olmuşdur.

Layihə çərçivəsində Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbin 7–11-ci sinif şagirdlərinə Çin dili üzrə danışıq, oxu və yazı bacarıqları tədris edilmiş, iştirakçılar nəzəri biliklərlə yanaşı, praktik fəaliyyətlərdə də fəal iştirak ediblər.

Bağlanış tədbirində layihənin rəhbəri Məmmədova Zeynəb layihənin icra müddəti, əldə olunan nəticələr və qarşıya qoyulan hədəflərin uğurla reallaşdırılması barədə məlumat verib. Çıxış edənlər layihənin şagirdlərin xarici dil bacarıqlarının inkişafına, ünsiyyət mədəniyyətinin formalaşmasına və gələcək təhsil imkanlarının genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Tədbirin sonunda layihədə fəal iştirak edən və təlim proqramını uğurla başa vuran şagirdlərə sertifikatlar təqdim olunub, onların gələcək təhsil həyatında uğurlar arzulanıb.

Layihənin həyata keçirilməsində dəstəyi olan bütün tərəfdaşlara, məktəb rəhbərliyinə, müəllimlərə, valideynlərə və iştirakçı şagirdlərə təşəkkürümüzü bildiririk.