Transəfqanıstan dəmir yolunun tikintisinə başlanıldı

9365ae98164861726887197956810178465.jpg

Özbəkistan 5 milyard dollar dəyərində olan Transəfqanıstan dəmir yolunun tikintisinə başlayıb.

Bu haqda Özbəkistanın Termez şəhərində keçirilən Özbəkistan-Əfqanıstan-Pakistan nümayəndələrinin görüşündə məlumat verilib.

Üçtərəfli görüşdə ölkələr arasında investisiya, ticarət-iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri, həmçinin “Termez-Məzari Şərif-Kabil-Peşavar” Transəfqanıstan dəhlizinin tikintisi layihəsi ətraflı müzakirə olunub.

Bildirilib ki, dəmir yolu regionun inkişafında mühüm rol oynayacaq və bu dəhliz gələcəkdə Çinin “Bir kəmər, bir yol” layihəsinə qoşula bilər.

Tədbirdə bu ölkələr arasında avtomobil yolu ilə daşımaların həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olub.

Görüşün yekununda Əfqanıstan və Pakistanın şirkətləri arasında əməkdaşlıq haqqında memorandumu imzalanıb.